Xorvatiya çempionu Mahiri Azərbaycan dilində təbrik etdi
Azərbaycan milli komandası və Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli doğum gününü qeyd edir.
Mediasport.az xəbər verir ki, bu gün forvardın 27 yaşı tamam olur.
Zaqreb təmsilçisi hücumçunu maraqlı tərzdə təbrik edib.
Mahirin uşaqlıq fotosunu paylaşan klub ona təbriki Azərbaycan dilində ünvanlayıb.
Xatırladaq ki, Emreli 2022-ci ildən "Dinamo"nun üzvüdür.