"Belə oyundan sonra danışmaq çətindir" - Ayxan Abbasov

"Belə oyundan sonra danışmaq çətindir" - Ayxan Abbasov

“Belə oyundan sonra danışmaq çətindir. Acı məğlubiyyət aldıq. İlk qola qədər bərabər oyun gedirdi. İkinci hissə dəyişiklik etdik. Rəqib isə əks hücumlarda çox təhlükəli idi. Daha sonra hücuma meylli bütün oyunçuları meydana daxil etdik. Amma olmadı. Toparlanmaq lazımdır”.

Mediasport.az xəbər verir ki, bu sözləri "Qəbələ"yə 0:4 hesablı məğlubiyyətdən sonra “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis heyətdə çatışmazlıqların olduğunu dilə gətirib:

“Yeni futbolçuların olmasını istəyərik. Ancaq indi qarşıdan gələn oyunlar vacibdir. Hələlik transfer barədə düşünmürük. Heyətdə zədəli futbolçularımız var. Bu gün də çox dəyişiklik etdik, amma fayda vermədi. Rəqib ikinci hissə üstün oynadı, əvəzetmələrimiz də bəs etmədi.

Birinci qol gözümün qabağında idi. Rəqibi boş buraxdıq, o da yaxşı istifadə etdi. Digərlərini də əks hücumlardan buraxdıq. İrəlidə top itkisindən sonra geri dönə bilmədik.

Çempionat uzundu. Digər komandaların gücünü bilirik. Məqsəd mübarizə aparmaqdır, asan təslim olmaq olmaz. Buraxılan qoldan sonra sanki futbolçularda narahatlıq oldu. Biz də fərqli qalib gəlmişik. Bəzən olur belə hallar. Bu gün yeni oyunçu üçün qışı gözləyə bilmərik, xal qazanmaq lazımdır”.