"Sabah" tarixində ilk dəfə avrokuboklara çıxdı, "Qarabağ" "Şamaxı"ya qalib gəldi - 2 VİDEO

"Sabah" tarixində ilk dəfə avrokuboklara çıxdı, "Qarabağ" "Şamaxı"ya qalib gəldi - 2 VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub.

mediasport.az xəbər verir ki, ilk matç Şamaxıda keçirilib. Günün və turun sonuncu qarşılaşması Masazırda oynanılıb.

"Qəbələ" üzərində əmzkar qələbə qazanan "Sabah" sona 8 tur qalmasına baxmayaraq, tarixində ilk dəfə avrokuboklara vəsiqəni təmin edib. Vahid lider "Qarabağ" bu vəzifənin öhdəsindən bir neçə tur əvvəl gəlib.

Turun əvvəlki görüşlərində "Sumqayıt" səfərdə "Turan Tovuz"u 3:2, "Kəpəz" evdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" duelində qalib müəyyənləşməyib - 1:1.


Azərbaycan Premyer Liqası. 28-ci tur

18:00. “Sabah”– “Qəbələ” 3:2

Qollar: İlkin Qırtımov, 9-avtoqol, Coy Lens Mikels, 86, Aleksey Kaşuk, 90+5 - Ülvi İsgəndərov, 21, Feras Abu Akal, 27.

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Yavər Rəhimov

“Bank Respublika Arena”

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak

Baş məşqçi: Elmar Baxşıyev.



15:30. “Şamaxı” – “Qarabağ” 0:1

Qol: Elvin Cəfərquliyev, 33.

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rəşad Əzizli (k) 9. Amil Yunanov 15. Emin Zamanov 16. Fuad Bayramov 70. Bahadur Həziyev 5. Rəhman Daşdəmirov 2. Rauf Hüseynli 22. Elçin Mustafayev 83. Nihad Quliyev 18. Cəlal Hüseynov 80. Zahid Mərdanov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 12. Əkpər Vəliyev 17. Elçin Rəhimli 27. İbrahim Aslanlı 90. Əli Səmədov 7. Asim Əlizadə 4. Arsen Ağcabəyov 21. Qurban Səfərov 97. Tapdıq Əhmədov 23. Rövşən Şahmuradov 29. Ramin Əhmədov 24. Edqar Adilxanov

Baş məşqçi: Vüqar Əsgərli.

Qarabağ: 23. Luka Quqeşaşvili 2. Qara Qarayev (k) 4. Rahil Məmmədov 44. Elvin Cəfərquliyev 9. Musa Qurbanlı 29. Marko Veşoviç 10. Abdullah Zubir 81. Kevin Medina 87. Adama Diakabi 6. Julio Romao 15. Leandro Andrade

Ehtiyat oyunçular: 89. Amin Ramazanov 20. Riçard Almeyda 5. Maksim Medvedev 19. Filip Ozobiç 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 90. Nəriman Axundzadə 8. Marko Yankoviç 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov.


1 Qarabağ 28 23 5 0 71-15 74
2 Sabah 28 20 5 3 62-20 65
3 Neftçi 28 17 6 5 50-25 57
4 Zirə 28 10 8 10 31-37 38
5 Qəbələ 28 9 9 10 34-35 36
6 Turan Tovuz 28 7 7 14 23-38 28
7 Kəpəz 28 5 10 13 28-49 25
8 Sumqayıt 28 6 6 16 20-52 24
9 Şamaxı 28 4 8 16 23-44 20
10 Səbail 28 4 6 18 20-47 18



Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 20 qol

Ramil Şeydayev ("Qarabağ") - 17 qol

Coy Lens Mikels ("Sabah") - 15 qol

Emin Mahmudov ("Neftçi") - 14 qol