Mutu: "Böyük səhv etdik"

Mutu: "Böyük səhv etdik"

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 1-ci turunun "Kəpəz"lə oyunu barədə düşüncələrini paylaşıb.

mediasport.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını deyib.

O, qələbəni də haqq etmədiklərini qeyd edib: "Komanda yorğun idi. Hələ ki, üç gündən bir oynamağa tam hazır deyilik. İlk hissdə epizodları qola çevirə bilmədik. Böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı".

Sanki futbolçularınızın fikri "Beşiktaş"la oyundadı. Rəqibi təhlil etmisiz?

- "Beşiktaş"la matçda da ağlımızdan yalnız qələbə keçir. Gəncəyə də qalibiyyət üçün gəlmişdik. Məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı. Amma istənilən halda "Kəpəz"i qələbə münasibəti ilə təbrik edirəm.

Premyer Liqanın çempionluğa namizəd komandaları - "Qarabağ" və "Neftçi" ilk turda məğlub oldu. Demək olar ki, bu mövsüm hər iki komanda üçün çətin keçəcək?

- Bayaq dediyim kimi, üç gündən bir oynamaq çətindir. Xüsusən də bu cür isti havada. Çempionata qaldıqda, bəli, çətin olacağı gözləniləndir.

"Qalatasaray"ın futbolçusu Olimpiu Morutanın adı "Neftçi" ilə hallanır. Bu haqda nə deyə bilərsiniz?

- Bu haqda heç nə yoxdur.