"Bizi narazı salan Azərbaycan yığmasına məğlub olmağımızdır"
"Seçmə mərhələdə zəif çıxışımızın səbəbləri nədir? Məsələ bizim nə gözləməyimizdən asılıdır".
Mediasport.az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqiblərindən Estoniya millisinin baş məşqçisi Tomas Heberli deyib.
49 yaşlı isveçrəli mütəxəssis başa çatan qrup mərhələsində komandasının nəticələrini qiymətləndirib, yığmamıza ev məğlubiyyətindən danışıb:
"Yəni, gözləntimiz nə idi? Sizcə, həqiqətən biz İsveç, Avstriya və Belçika kimi güclü komandaları məğlub edə bilərdik? Əlbəttə, xeyr. Sadəcə, bizi narazı salan Azərbaycana məğlub olmağımızdır. Biz həqiqətən onlardan daha yaxşı olmaq istəyirdik, bu doğrudur".
Qeyd edək ki, Bakıda 1:1 hesablı heç-heçədən sonra Azərbaycan millisi səfərdə Estoniyaya qalib gəlmişdi - 2:0.
Yığmamız 5 komandalı qrupu 7 xalla 4-cü pillədə başa vurub, Estoniya 1 xalla sonuncu olub.