Nazarovun komandası yenə uduzdu
Almaniya 3-cü liqasında 13-cü turun oyunları başa çatıb.
mediasport.az xəbər verir ki, milli komandamızın keçmiş yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” səfərdə “Verl”in qonağı olub.
Çempionatın autsayderi olan Nazarovun komandası bu dəfə də məğlubiyyətdən qaça bilməyib - 2:3. Dmitri 76 dəqiqə meydanda olub.
“Erzgebirge” 13 turdan sonra 10 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.