DÇ-2026 üzrə seçmə mərhələ: Messi bunu edən ilk futbolçu oldu

  DÇ-2026 üzrə seçmə mərhələ: Messi bunu edən ilk futbolçu oldu

Argentina 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Boliviyanı üstələyib (6:0).

Mediasport.az xəbər verir ki, həmin dueldə son dünya çempionu Lionel Messi həmin yarışda üç het-trik edən birinci futbolçu olub.

Əfsanəvi forvard Boliviya üzərində qələbədə 2 məhsuldar ötürmə də edib.

37 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya qarşı iki dəfə, Ekvadorla oyunda bir dəfə het-trik müəllifi olub.