Belçika millisi Azərbaycanla oyun üçün heyətini açıqladı - AÇ-2024

Belçika millisi Azərbaycanla oyun üçün heyətini açıqladı - AÇ-2024

AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində bu ay Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığmasının heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, "iblislər"in baş məşqçisi Domeniko Tedesko yığmamız və ardınca Estoniya seçməsi ilə qarşılaşmalar üçün 24 futbolçuya dəvət göndərib.

Gözlənildiyi kimi, zədəlilər - Madrid "Real"ının qapıçısı Tibo Kurtua və "Mançester Siti"nin pleymeykeri Kevin de Brüyne heyətə dəvət almayıb.

Qapıçılar: Koen Kastels (Volfsburq), Mats Sels (Strasburq), Tomas Kaminski (Luton), Arno Bodar (Standard);

Müdafiəçilər: Yan Vertongen (Antverpen), Timoti Kastan (Fulhem), Zeno Debast (Anderlext), Amin Əl-Dahil (Bernli), Vout Fas (Lester), Uqo Siket (Serkel Brügge), Artur Teat (“Renn”);

Yarımmüdafiəçilər: Amadu Onana (Everton), Yannik Karrasko (Əl Şabab), Yuri Tilemans (Aston Villa), Şarl de Keteelar (Atalanta), Ourel Manqala (Nottingem Forest), Olivye Deman (Verder);

Hücumçular: Romelu Lukaku (Roma), Yoan Bakayoko (PSV), Mişi Batşuayi (Fənərbağça), Jeremi Doku (Mançester Siti), Leandro Trossar (Arsenal), Lois Openda (Leypsiq), Dodi Lukebakio (Sevilya).

Azərbaycan - Belçika matçı sentyabrın 9-da Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək.