Rahil Məmmədov "Lex"lə matçda 90 dəqiqə meydanda oldu - VİDEO

Rahil Məmmədov "Lex"lə matçda 90 dəqiqə meydanda oldu - VİDEO

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvləri çıxış etdikləri komandalarda növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası "Radomyak" "Lex"ə uduzub (1:2). 

Məmmədov meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

"Ankaragücü" evdə "Kocaelispor"u məğlub edib (4:2). Renat Dadaşov zədə səbəbindən komandasına kömək edə bilməyib.

Meydan sahiblərinin heyətində adı iştirak ərizəsinə daxil edilən Həsən Nəzərli oynamaq şansı qazanmayıb.

Cənubi Koreyada "Daejon"un formasını geyinən Anton Krivotsyuk "Daequ" ilə 35-ci tur matçında 90 dəqiqə meydanda olub, komandası 1:0 hesablı qələbə qazanıb.

Bu gün daha 3 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" "Sakaryaspor"u qəbul edəcək.

Vüsal İsgəndərlinin komandası "Boluspor" səfərdə "İstanbulspor"un qonağı olacaq.

Eddi İsrafilovun komandası "Cohor Darul Takzim" Malayziya Superliqasının 14-cü turunda "Selanqor"la qarşılaşacaq.

26 oktyabr

Türkiyə 1-ci Liqası. 10-cu tur

"Ankaragücü" - "Kocaelispor" 4:2

Polşa Ekstraklasası. 13-cü tur

"Lex" - "Radomyak" 2:1

27 oktyabr

Türkiyə 1-ci Liqası. 10-cu tur

14:30 "Bandırmaspor" - "Sakaryaspor"

20:00 "İstanbulspor" - "Boluspor"

Malayziya Superliqası. 14-cü tur

16:15 "Selanqor" -  "Yohor Darul Tazim"