Bölgə klubu 22 yaşlı braziliyalı müdafiəçi transfer edib - FOTO

Bölgə klubu 22 yaşlı braziliyalı müdafiəçi transfer edib - FOTO

1-ci Liqada çempionluğa oynayan "İmişli" heyətinə daha bir legioner cəlb edib.

Mediasport.az xəbər verir ki, Aran təmsilçisi braziliyalı mərkəz müdafiəçisi Gilyerme Silva Souza ilə müqavilə bağlayıb.

22 yaşlı "sambaçı" ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.

Əsgər Abdullayevin baş məşqçisi olduğu komanda 6 turdan sonra 10 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.