"Böyük beşlik" klubları "Qarabağ"a aşağıdan yuxarı boylanır
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda "Hekken"i məğlub edib (2:1).
Mediasport.az xəbər verir ki, nəticədə, "köhlən atlar" UEFA reytinqində irəliləyib.
Ağdam təmsilçisi son 5 mövsümdə hesablanan əmsalların cəminə görə, 59-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda İtaliyanın "Fiorentina" klubu ilə birlikdə həmin mövqeni bölüşdürür.
Hazırda "Qarabağ"ın aktivində 31.000 xal var. Onlar bunun 9.000-ni cari mövsüm qazanıblar. "Qarabağ" reytinqdə "Monako" (Fransa), "Lester", "Aston Villa", "Nyukasl" (hamısı İngiltərə), "Volfsburq", Münhenqladbax "Borussiya"sı (hər ikisi Almaniya), "Valensiya" (İspaniya) kimi klubları qabaqlayır.
Qeyd edək ki, siyahıya "Mançester Siti" başçılıq edir (141.000). "Bayern" ikinci (136.000), "Real" isə üçüncüdür (123.000).