"Qarabağ" Avstriya toplanışında Çexiya klubuna qalib gəlib
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb.
Matç Qurban Qurbanovun komandasının qələbəsilə yekunlaşıb 2:1.
"Köhlən atlılar"ın qollarını ilk hissədə Leandro Andrade vurub.
Xatırladaq ki, Ağdam klubu günün ilk oyununda Almaniyanın "Kayzerslautern" komandasına məğlub olub - 1:3.