"Sumqayıt"dan ayrılan forvard Vyetnam klubu ilə müqavilə bağladı
Bu yay "Sumqayıt"dan ayrılan Erik Sorqanın yeni iş yeri açıqlanıb.
Mediasport.az xəbər verir ki, 25 yaşlı hücumçu Vyetnam Yüksək Liqasında çıxış edən "Ho Çi Min Siti"yə keçib.
Estoniya millisinin üzvü Asiya təmsilçisi ilə iki illik sözləşmə imzalayıb.
Sorqa ötən mövsüm "gənclik şəhəri" təmsilçisinin heyətində 30 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə edib.