Bu axşam qrupda daha 15 matç keçiriləcək - Konfrans Liqası

Bu axşam qrupda daha 15 matç keçiriləcək - Konfrans Liqası

Bu gün Avropa qitəsinin üçüncü nüfuzlu klub yarışı - Avropa Konfrans Liqasında 2023/2024-cü illər mövsümünün qrup mərhələsinin oyunları davam etdiriləcək.

Mediasport.az xəbər verir ki, dünən keçirilmiş ilk matçda "Lill" doğma meydanda "Qarabağ"ın Avroliqanın pley-offunda mübarizədən kənarlaşdırdığı Sloveniyanın "Olimpiya" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Bu axşam ilk tur çərçivəsində daha 15 qarşılaşma baş tutacaq.

Türkiyənin yarışdakı təmsilçilərindən "Fənərbağça" doğma meydanda Danimarkanın "Norşelland" kollektivi ilə üz-üzə gələcək, "Beşiktaş" isə səfərdə "Brügge"nin qonağı olacaq.


Avropa Konfrans Liqası. Qrup mərhələsi. 1-ci tur


E qrupu

20:45 Legiya (Polşa) - Aston Villa (İngiltərə)

20:45 Jrinski (Bosniya) - Alkmaar (Niderland)


F qrupu

20:45 Genk (Belçika) - Fiorentina (İtaliya)

20:45 Ferensvaroş (Macarıstan) - Çukariçki (Serbiya)


G qrupu

20:45 Ayntraxt (Almaniya) - Aberdin (Şotlandiya)

20:45 "Helsinki" (Finlandiya) - PAOK (Yunanıstan)


H qrupu

20:45 Fənərbağça (Türkiyə) - Norşelland (Danimarka)

20:45 Ludoqores (Bolqarıstan) - Spartak (Slovakiya)


A qrupu

20 sentyabr: Lill (Fransa) - Olimpiya (Sloveniya) 2:0

23:00 Slovan (Slovakiya) - Klaksvik (Farer adaları)


B qrupu

23:00 Makkabi (Təl-Əviv, İsrail) - Breydablik (İslandiya)

23:00 Zarya (Ukrayna) - Gent (Belçika)


C qrupu

23:00 Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan)

23:00 Viktoriya (Çexiya) - Balkani (Kosovo)


D qrupu

23:00 Brügge (Belçika) - Beşiktaş (Türkiyə)

23:00 Luqano (İsveçrə) - Bude-Qlimt (Norveç)