Məsiyevi İsrailə göndərirlər

Məsiyevi İsrailə göndərirlər

FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

mediasport.az xəbər verir ki, 31 yaşlı hakim Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunun İsraildə keçiriləcək "Hapoel" (Ber-Şeva) - "Austriya" (Vyana, Avstriya) komandalarının qarşılaşmasını idarə edəcək.

Görüşdə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində iş başında olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matç noyabrın 3-də oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.