Azərbaycan milli komandasının lideri ana olmağa hazırlaşır - FOTO
Karate üzrə qadınlardan ibarət Azərbaycan millisinin lideri İrina Zaretska ana olmağa hazırlaşır.
Mediasport.az xəbər verir ki, 28 yaşlı titullu idmançı bu barədə instaqram hesabında paylaşım edib.
Ukrayna əsilli legioner həyat yoldaşı ilə birlikdə videosunu paylaşaraq bu sözləri yazıb:
“Biz bir-birimizi çox sevirik. Ona görə bu sevgini daha biri ilə bölüşməyə qərar verdik”.
Qeyd edək ki, 3-qat dünya və 2-qat Avropa çempionumuz 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.