"Fənərbağça" avrokuboklara ev sınağı ilə start verəcək - Konfrans Liqası

"Fənərbağça" avrokuboklara ev sınağı ilə start verəcək - Konfrans Liqası

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları bu gün davam etdiriləcək.

MediaSport.az xəbər verir ki, ilk matçlar çərçivəsində bu axşam daha 6 görüş baş tutacaq.

Avrokuboklarda debüt edəcək "Sabah" ilk görüşünə səfərdə, Türkiyənin yarışdakı təmsilçilərindən "Fənərbağça" isə evdə çıxacaq.

Bu raundda qalan qarşılaşmalar sabah oynanılacaq.


Avropa Konfrans Liqası. II təsnifat mərhələsi. İlk oyunlar


19:00 "Struqa" (Şimali Makedoniya) - "Buduçnost" (Monteneqro)

20:00 RFŞ (Latviya) - "Sabah" (AZƏRBAYCAN)

20:45 "Midyullan" (Danimarka) - "Niederkorn" (Lüksemburq)

21:30 "ÇSKA 1948" (Bolqarıstan) - "Styaua" (Rumıniya)

22:00 "Fənərbağça" (Türkiyə) - "Zimbru" (Moldova)

22:00 "Neman" (Belarus) - "Balzan" (Malta)