"Azərreyl", "Abşeron" və "Gəncə" turu qələbə ilə başa vurublar

"Azərreyl", "Abşeron" və "Gəncə" turu qələbə ilə başa vurublar

Azərbaycan Yüksək Liqasında həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, qadınların mübarizəsində 6-cı tur çərçivəsində "Gəncə" evdə "Milli Aviasiya Akademiyası" üzərində inamlı qələbə qazanıb.

Daha sonra "Abşeron" və "Murov Az Terminal" komandaları qarşılaşıblar. Qadın voleybolçular arasında günün sonuncu qarşılaşmasında UNEC "Azərreyl"lə üz-üzə gəlib.

Kişilərin mübarizəsində isə Yüksək Liqada bir oyun baş tutub. "Xarı Bülbül Şuşa" "Xarı Bülbül Laçın"ı qəbul edib.

Azərbaycan Yüksək Liqası. 6-cı tur. Qadınların mübarizəsi

15:00 "Gəncə" - "Milli Aviasiya Akademiyası" 3:1 (25:16, 22:25, 25:11, 25:10)

16:00 "Abşeron" - "Murov Az Terminal" 3:1 (25:20, 25:12, 22:25, 26:24)

19:00 UNEC - "Azərreyl" 0:3 (12:25, 16:25, 17:25)

Kişilərin mübarizəsi

"Xarı Bülbül Şuşa" - "Xarı Bülbül Laçın" 3:1 (25:18, 19:25, 25:22, 25:22)