Federasiya nümayəndələri axtarışlarını davam etdirirlər
Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndələri seleksiya işləri çərçivəsində Şəkidə olublar.
Mediasport.az xəbər verir ki, qurum rəsmiləri bölgələrdə perspektivli voleybolçu axtarışlarını davam etdirirlər.
Seleksiya məşqlərində Şəki ilə yanaşı, Oğuz, Qax və Zaqataladan olan yeniyetmələr iştirak ediblər.
AVF nümayəndələri məşqləri izləyib və müvafiq tələblərə uyğun gələn idmançıların qeydiyyatını aparıblar.