Gəncədə "qərb derbisi"ni "Turan Tovuz" qazandı - Premyer Liqa

Gəncədə "qərb derbisi"ni "Turan Tovuz" qazandı - Premyer Liqa

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib və Gəncədə qərb derbisi baş tutub.

Tovuz təmsilçisi ilk hissədə vurduğu 2 cavabsız qolla səfərdə növbəti xallarını qazanıb.

Turun digər matçları sabah və birigün oynanılacaq.


Azərbaycan Premyer Liqası. 3-cü tur


18 avqust (cümə)


“Kəpəz” – “Turan Tovuz” 0:2

Qollar: Martin Petkov, 18, Belaydi Pusi, 21.

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Cavanşir Yusifov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Gəncə şəhər stadionu, 17:00