"Qarabağ" - "Qəbələ" oyununun biletləri satışa çıxarılıb - APL

"Qarabağ" - "Qəbələ" oyununun biletləri satışa çıxarılıb - APL

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri iticket.az vasitəsilə əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Aprelin 20-də baş tutacaq qarşılaşma saat 16:30-da başlanacaq.