"Turan Tovuz"lu Moldovaya yollanır
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi növbəti dəfə Moldova milli komandasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin komandası noyabr ayında 2 matç keçirəcək.
Moldova yığması əvvəlcə noyabrın 16-da UEFA Millətlər Liqası çərçivəsində Andorra ilə qarşılaşacaq, 3 gün sonra isə Cəbəllütariqlə yoldaşlıq matçı baş tutacaq.
Xatırladaq ki, Tovuz klubunda ötən ilin yayında forma geyinən Marandiçi milliyə 2020-ci ildən çağırılır.
O, indiyədək 14 görüşdə ölkəsinin əsas komandasında meydana çıxıb.