Bu məşqçini qovdular!
İngiltərə Premyer Liqasının autsayderi “Vulverhempton” baş məşqçisiz qalıb. MediaSport.az xəbər verir ki, rəhbərlik uğursuz nəticələrdən sonra Bruno Lageni istefaya göndərib.
"Canavarlar"ın rəsmi səhifəsi bu haqda paylaşım edib: “Bruno və onun heyətinə göstərdikləri bütün səylərə görə təşəkkür edərək onlara ən yaxşısını arzulayırıq”.
Cari mövsüm yalnız 1 qələbəsi olan komanda geridə qalan 8 turdan sonra 6 xal qazanıb, turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Rəhbərlik yayda heyəti gücləndirmək üçün 100 milyon funt-sterlinq xərcləyib.