Məşhur futbolçu ilk komandasına at belində qayıdıb - FOTOLAR
Çilili futbolçu Arturo Vidal ilk peşəkar klubuna qayıdıb.
Mediasport.az xəbər verir ki, o, 2005-2007-ci illərdə formasını geyindiyi "Kolo-Kolo" ilə müqavilə bağlayıb.
36 yaşlı oyunçu stadiona vertolyotla gəlib və at belində 35 min Çili təmsilçisinin azarkeşlərinin önünə çıxıb.
Vidal "Kolo-Kolo"ya Braziliyanın "Atletiko Paranaense" klubundan keçib.
Arturo karyerası ərzində "Bayer" (Leverkuzen), "Bayern" (hər ikisi Almaniya), "Yuventus", "İnter" (hər ikisi İtaliya) və "Barselona" (İspaniya) kimi komandaların formasını geyinib.