Avroliqanın püşkü atıldı - "Nant" "Yuventus"la qarşılaşacaq

Avroliqanın püşkü atıldı - "Nant" "Yuventus"la qarşılaşacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

mediasport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Bu mərhələdə "Mançester Yunayted" "Barselona" ilə üz-üzə gələcək. "Qarabağ"ın yer aldığı qrupdan çıxan "Nant" isə "Yuventus"la qarşılaşacaq.

Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.

Avropa Liqası. Pley-off

"Barselona"- "Mançester Yunayted"

"Yuventus" - "Nant"

"Sportinq" - "Midtülland"

"Şaxtyor" - "Renn"

"Ayaks" - "Union Berlin"

"Bayer Leverkuzen" - "Monako"

"Sevilya" - PSV

"Zalsburq" - "Roma"