Yayın 15 ən yaxşı keçidini seçdilər, Kərəm siyahıya salınmadı - FOTO
"Score 90" portalı 2,3 milyonluq "İnstaqram" səhifəsində yay transfer pəncərəsinin ən uğurlu 15 transferi barədə paylaşım edib.
Mediasport.az xəbər verir ki, 12 milyon avro qarşılığında "Qalatasaray"dan "Benfika"ya keçən Kərəm Aktürkoğlunun adı sıralamaya daxil edilməyib.
Portalın seçimi Portuqaliya klubunun azarkeşlərinin təəccübünə səbəb olub.
Xatırladaq ki, Türkiyə milli komandasının üzvü cari mövsüm "qartallar"ın heyətində ölkə çempionatında 3 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Score 90" portalına görə yay transfer pəncərəsinin ən uğurlu 15 transferi
1. Mikael Olise - "Kristal Pelas"dan 55 milyon avro qarşılığında "Bayern"ə
2. Samuel Omorodion - "Atletiko"dan (Madrid) 15 milyon avro qarşılığında "Portu"ya
3. Seru Girassi - "Ştuttqart"dan 18 milyon avro qarşılığında "Borussiya"ya (Dortmund)
4. Covani Lo Çelso - "Tottenhem"dən 5 milyon avro qarşılığında "Betis"ə
5. Olivye Savinyo - "Jirona"dan 25 milyon avro qarşılığında "Mançester Siti"yə
6. Mateo Retegi - "Cenoa"dan 22 milyon avro qarşılığında "Atalanta"ya
7. Skott Maktominey - "Mançester Yunayted"dən 31 milyon avro qarşılığında "Napoli"yə
8. Uqo Ekitike - PSJ-dən 17 milyon avro qarşılığında "Ayntraxt"a (Frankfurt)
9. Ayoze Peres - "Betis"dən 4 milyon avro qarşılığında "Vilyarreal"a
10. Çidera Ejuke - ÇSKA-dan (Moskva) azad agent kimi "Sevilya"ya
11. Joau Neveş - "Benfika"dan 60 milyon avro qarşılığında PSJ-yə
12. Tön Kopmöyners - "Atalanta"dan 52 milyon avro qarşılığında "Yuventus"a
13. Konor Qallaher - 42 milyon avro qarşılığında "Çelsi"dən "Atletiko"ya (Madrid)
14. Ermedin Demiroviç - "Auqsburq"dan 21 milyon avro qarşılığında "Ştuttqart"a
15. Nikolya Pepe - "Trabzonspor"dan azad agent kimi "Vilyarreal"a