Avropa Liqasında 2024/2025-ci illər mövsümü start götürüb

Avropa Liqasında 2024/2025-ci illər mövsümü start götürüb

Futbol üzrə UEFA Avropa Liqasında 2024/2025-ci illər mövsümünə start verilib.

Mediasport.az xəbər verir ki, yarışın 1-ci təsnifat mərhələsi çərçivəsində 6 oyun keçirilib.

Təmsilçimiz "Zirə" Moldovada "Şerif"i məğlub edib (1:0).

Mərhələnin cavab görüşləri ayın 18-də baş tutacaq.

UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar

"Elfsborq" (İsveç) - "Pafos" (Kipr) 3:0

"Pakşi" (Macarıstan) - "Hunedora" (Rumıniya) 0:4

"Şerif" (Moldova) - "Zirə" (Azərbaycan) 0:1

"Rujomberok" (Slovakiya) - "Tobol" (Qazaxıstan) 5:2

"Botev" (Bolqarıstan) - "Maribor" (Sloveniya) 2:1

"Visla" (Krakov, Polşa) - "Lyapi" (Kosovo) 2:0