Bütün oyunlar ləğv edildi
Rusiyanın Moskva şəhərində bütün futbol matçları səhər saatlarında elan olunmuş anti-terror əməliyyatları ilə əlaqədar ləğv edilib.
MediaSport.az xəbər verir ki, məlumatı Rusiya Futbol Federasiyası paylaşıb.
Bildirilib ki, Moskva Futbol Federasiyasının bayrağı altında keçirilən bütün oyunlar növbəti xəbərdarlığa qədər təxirə salınıb.
Moskva meri Sergey Sobyaninin Sərəncamı ilə şəhərdə digər kütləvi tədbirlər də ləğv olunub.
Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin təşkilatın arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. Bundan sonra Moskvada hərbi vəziyyət gərginləşib. Ölkə başçısı Vladimir Putin xalqa müraciət edib.