Avropa Konfrans Liqasında 2-ci mərhələ: 5 cavab matçı keçiriləcək

 Avropa Konfrans Liqasında 2-ci mərhələ: 5 cavab matçı keçiriləcək

Futbol üzrə UEFA Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına bu axşam start veriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 5 görüş keçiriləcək.

Digər 44 qarşılaşma sabah və birigün baş tutacaq.

Azərbaycanı yarışda "Zirə", "Sumqayıt" və "Sabah" təmsil edir.


Avropa Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları


19:00. “Drita” (Kosovo) - “Breydablik” (İslandiya) İlk oyun - 2:1

20:00. “Flora” (Estoniya) - “Virtus” (San Marino) İlk oyun – 0:0

20:00. “Pünik” (Ermənistan) - “Struqa” (Şimali Makedoniya) İlk oyun – 1:2

22:00. “Hamrun" (Malta) - “Balkani” (Kosovo) İlk oyun – 0:0

23:00. “Deçiç” (Monteneqro) - “Dinamo” (Batumi, Gürcüstan) İlk oyun – 2:1