Yığma ilə vidalaşan oyunçulardan ibarət simvolik "11-lik" qurulub
2024-cü ilin startından bu günə qədər yığma komandada karyerasını başa vuran futbolçulardan ibarət simvolik "11-lik" təşkil edilib.
Mediasport.az xəbər verir ki, rəmzi heyətdə yer alan oyunçuların 10-u Avropa, yalnız 1-i Amerika qitəsini təmsil edir.
Simvolik "11-lik"də qapı Yan Sommerə (İsveçrə, 94 oyun) həvalə edilib.
Müdafiədə Deyli Blind (Niderland, 108 oyun), Pepe (Portuqaliya, 141 oyun), Yan Vertongen (Belçika, 157 oyun) və Xesus Navas (İspaniya, 56 oyun) yer alıb.
Yarımmüdafiə xəttini Almaniya millisinin sabiq üzvləri təşkil edir: İlkay Gündoğan (82 oyun), Tomas Müller (131 oyun), Toni Kroos (114 oyun).
Cerdan Şakiri (İsveçrə, 125 oyun), Olivye Jiru (Fransa, 137 oyun) və Anxel Di Marianın (Argentina, 145 oyun) adı isə ön xətdə qeyd edilib.