"Bolonya"nı 60 ildən sonra ÇL-ə çıxaran Motta klubdan ayrıldı
İtaliya A Seriyası klubu "Bolonya"nı 60 ildən sonra UEFA Çempionlar Liqasının qrupuna çıxaran baş məşqçi Tyaqo Motta istefa verib.
Mediasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
41 yaşlı mütəxəssis Bolonya təmsilçisi ilə müqaviləni yeniləmək istəməyib. Onun bugünlərdə "Yuventus"Un baş məşqçisi olacağı gözlənilir.
Xatırladaq ki, Motta 2022-ci ilin sentyabrından "Bolonya"ya rəhbərlik edirdi.
Sona 1 tur qalmış A Seriyasında 3-cü olan komanda gənc mütəxəssisin rəhbərliyi altında cari mövsüm uğurlu çıxış edərək ilk "5-lik"də yerini qarantiləyib.