"Cəlilabad" "Sərhədçi"yə qarşı

  "Cəlilabad" "Sərhədçi"yə qarşı

Azərbaycan Basketbol Liqasında 10-cu turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə "Cəlilabad" doğma azarkeşlər önündə "Sərhədçi" ilə qarşılaşacaq.

Tura sabah keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.

Xatırladaq ki, 10-cu tur çərçivəsində baş tutan oyunlarda "Xəzri" "Neftçi"ni (86:84), "NTD İndiqo" isə "Sumqayıt"ı (104:95) məğlub edib.

Azərbaycan Basketbol Liqası. 10-cu tur

14:00 "Cəlilabad" - "Sərhədçi"

Cəlilabad Olimpiya İdman Kompleksi