FİBA-dan Ələkbər Həsənova təyinat

  FİBA-dan Ələkbər Həsənova təyinat

Azərbaycanlı basketbol hakimi Ələkbər Həsənov FİBA-dan beynəlxalq təyinat alıb.

Mediasport.az xəbər verir ki, "ədalət təmsilçisi" qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin D qrupunun oyununda hakimlər briqadasında yer alacaq.

Həsənov noyabrın 10-da Tallin şəhərində keçiriləcək Estoniya - Danimarka matçında baş hakim olacaq.