Azərbaycan klubu Qubada fanstastik hesablarla məğlub oldu

Azərbaycan klubu Qubada fanstastik hesablarla məğlub oldu

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən “Baku Fleyms” komandası uğursuz çıxış edib.

Komandamız hər üç matçda böyük hesablarla uduzub.

“Baku Fleyms” Niderlanda 4:21, Çinə 2:21 və Avstraliyaya isə 3:21 məğlub olub.

Təmsilçimiz seriyanın Quba mərhələsini 7-ci sırada başa vurub.

8 komandanın yarışdığı mərhələyə qatılmayan İran millisi sonuncu yeri tutub.