Çempionlar Liqasının 14-qat qalibi Madrid "Real"ı ikinci finalçı oldu
Dünyanın ən baxımlı futbol yarışı UEFA Çempionlar Liqasında ikinci finalçı bu axşam Madriddə məlum olub.
Mediasport.az xəbər verir ki, ikinci yarımfinalın cavab qarşılaşması çərçivəsində turnirin rekordçu qalibi "Real" doğma azarkeşləri önündə "Bavariya"nı qəbul edib.
İkinci hissədə qol buraxan turnirin 14-qat qalibi "Kral klubu" inanılmaz geridönüş edərək 2 qol vurmaqla finala yüksəlib.
Madrid təmsilçisi iyunun 1-də Londonun məşhur "Uembli" stadionunda keçiriləcək final görüşündə Almaniyanın "Borussiya" (Dortmund) kollektivi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu
"Real" (İspaniya) - "Bavariya" (Almaniya) 2:1
Qollar: Xoselu, 88, 90+1 - Alfonso Deyvis, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa)
İspaniya, Madrid, "Santyaqo Bernabeu" stadionu.
İlk matç - 2:2.