ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

mediasport.az xəbər verir ki, bu ada Alessandro Bastoni ("İnter"), Brahim Dias ("Milan"), Vinisius Junior ("Real", Madrid ) və Con Stons ("Mançester Siti") iddialıdır.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.