35 yaşlı Robert Levandovski "Barselona"nın tarixinə düşüb
"Barselona"nın hücumçusu Robert Levandovski Kataloniya klubunun tarixinə düşüb.
Mediasport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı polşalı forvard bu uğura Belçikanın “Antverpen” komandası ilə ÇL-in qrup mərhələsinin ilk tur oyununda imza atlıb.
İspaniyada baş tutumuş matçda komandasının 2-ci qolunu vuran təcrübəli futbolçu "Barselona"nın heyətində qitənin bir nömrəli klub turnirində fərqlənən ən yaşlı oyunçu olub.
Levandovski bunu 35 yaş 29 günündə bacarıb və 2021-ci ildə Ukraynanın "Dinamo" klubu qarşılaşmada qol vuran Xerar Pikeni (34 yaş, 260 gün) geridə qoyub.
Həmçinin, Polşa yığmasının lideri avrokuboklarda 100-cü qolunu (Çempionlar Liqasında 92, UEFA Kubokunda 8) vurub.
O, dünya futbolunun ulduzları - Kriştianu Ronaldu (145) və Lionel Messidən (132) sonra üçüncü pillədə qərarlaşıb.