Dadaşov "Dinamo"da!

Dadaşov "Dinamo"da!

Futbol üzrə Azərbaycan milli komandasının keçmiş hücumçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib.

mediasport.az xəbər verir ki, 2021-ci ildən "Şalke"nin ikinci komandasının uğurları üçün çalışan forvard karyerasını yenidən Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"da davam etdirəcək.

Berlin təmsilçisi geridə qalan 31-ci turdan sonra turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Dadaşov 2017/2018-ci illər mövsümündə formasını geyindiyi bu klubda 25 oyuna 26 qol vurub.

O, Azərbaycan yığmasının şərəfini 2013/2019-cu illərdə qoruyub. 25 görüşdə meydana çıxıb, 5 dəfə fərqlənib.