Emin Mahmudov Moldova ilə oyun haqda: "Asan olacağını düşünmürük"

Emin Mahmudov Moldova ilə oyun haqda: "Asan olacağını düşünmürük"

Milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov Moldova ilə yoldaşlıq görüşündən öncə fikirlərini bölüşüb.

mediasport.az xəbər verir ki, təcrübəli futbolçu yoxlama matçlarının komandaya xeyirli olduğunu bildirib:

- Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq qarşılaşmaları bir-birimizi daha yaxşı başa düşmək baxımından böyük rol oynayır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, məqsədimizə çatacağıq. Moldova komandasının bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var”.

Oyun sabah Zimbru stadionunda keçiriləcək və Bakı vaxtilə 21:00-da başlanacaq.