Emreli "Dinamo"nun baş məşqçisinin "qara siyahı"sında

Emreli "Dinamo"nun baş məşqçisinin "qara siyahı"sında

"Dinamo" (Zaqreb) Azərbaycan yığmasının futbolçusu Mahir Emreliyə komanda axtarır.

Mediasport.az xəbər verir ki, xorvatlar 26 yaşlı forvardın çıxışından narazıdır.

"Dinamo"nun çalışdırıcısı Sergey Yakiroviç bir neçə futbolçunun onun oyun fəlsəfəsinə uyğun olmadığını düşünür.

O, həmin oyunçulardan bəzilərinin qış, digərlərinin isə yay fasiləsində komandadan göndərilməsinin tərəfdarıdır.

Yakiroviçin çıxışını bəyənmədiyi futbolçulardan biri də Emrelidir.

Xatırladaq ki, Mahir Emrelinin "Dinamo" ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.