Ramil Şeydayev "Qarabağ" və azarkeşləri ilə belə vidalaşdı - FOTO
Tailandın "Buriram Yunayted" klubu ilə anlaşan Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev keçmiş komandası "Qarabağ" və azarkeşləri ilə vidalaşıb.
mediasport.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ramil Ağdam klubunda 2 dönəm çıxış edib. Yığmamızın üzvü 2017/2018-ci illər mövsümü və 2021-2023-cü illərdə komandanın uğurları üçün çalışıb.