Mahirdən gözəl qol, klubu mərhələ adladı - VİDEO: Çempionlar Liqası

Mahirdən gözəl qol, klubu mərhələ adladı - VİDEO: Çempionlar Liqası

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

mediasport.az xəbər verir ki, daha 8 komanda adını III təsnifat mərhələsinə yazdırıb.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin heyətində çıxış etdiyi "Dinamo" Qazaxıstanda "Astana"nın qonağı olub. Yığmamızın forvardı Xorvatiya klubunun qələbəsində pay sahibi olub. Matçda ilk qolu məhz Emreli vurub.

Türkiyənin yarışdakı yeganə təmsilçisi "Qalatasaray" Litva klubu üzərində minimal hesablı qələbə sayəsində III raunda vəsiqə qazanıb.

Bu mərhələnin srağagün keçirilmiş 4 cavab oyunundan sonra Yunanıstanın "Panatinaikos", Sloveniyanın "Olimpiya", Kiprin "Aris" və Slovakiyanın "Slovan" komandaları III raunda yüksəliblər


UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. Cavab oyunları

"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatoya) 0:2 İlk oyun: 0:4

"Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa) 1:1 İlk oyun: 2:3

"Hakken" (İsveç) - "Klaksvík" (Farer Adaları) 3:3 İlk oyun: 0:0 - penaltilər seriyası: 3:4

"Genk" (Belçika) - "Servett" (İsveçrə) 2:2 İlk oyun: 1:1 - penaltilər seriyası: 1:4

"Makkabi" (Hayfa, İsrail) - "Şerif" (Moldova) 4:1 İlk oyun: 0:1

"Mölde" (Norveç) - HİK (Finlandiya) 2:0 İlk oyun: 0:1

"Kopenhagen" (Danimarka) - "Breydablik" (İslandiya) 6:3 İlk oyun: 2:0

"Qalatasaray" (Türkiyə) - "Jalgiris" (Litva) 1:0 İlk oyun 2:2