Daha 2 azərbaycanlı güləşçi DÇ-nin finalına çıxıb, Həsrət Cəfərov olimpiadaya lisenziya da qazanıb
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Serbiyada keçirilən dünya çempionatının finalına çıxıb.
Mediasport.az xəbər verir ki, 67 kq çəkidə həlledici görüşə vəsiqə qazanan Həsrət Cəfərov ermənistanlı Slavik Qalstyana heç bir şans verməyib. Cəfərov eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.
Digər finalçımız isə 63 kq çəkidə Murad Məmmədovdur.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.