"Qazandığım bu uğur digər qadın güləşçilərimizin də yolunu açacaq"
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında birin olan Jalə Əliyeva Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, ikinci dəfə dünya çempionu olan idmançı çox sevincli olduğunu söyləyib:
"İnanıram ki, qazandığım bu uğur digər qadın güləşçilərimizin də yolunu açacaq. Məni dəstəkləyən, qələbəmə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb, yeni tarixlər yazmağa çalışacağam. Məqsədim həmişə Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdır. Daha böyük yarışlarım, uğurlarım irəlidədir".
57 kq çəki dərəcəsində mübarizə aparan Jalə finalda yaponiyalı Ruka Natamini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.