Daha bir şou adamı - Miri Yusifin prodüseri "Neftçi"də işə başlayıb

Daha bir şou adamı - Miri Yusifin prodüseri "Neftçi"də işə başlayıb

"Neftçi"da daha bir təyinat rəsmiləşib.

Mediasport.az xəbər verir ki, klub strukturu yenilənən "ağ-qaralar"ın mətbuat katibi vəzifəsini Emin Əfəndi icra edəcək.

Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edən Emin Əfəndi 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. 2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.

Hazırda xalq artisti Miri Yusifin prodüseri və bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəridir.