Vüsalın komandası üçün səfər sınağı

Vüsalın komandası üçün səfər sınağı

Bu gün futbol üzrə Albaniya çempionatında 17-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Eqnatia" səfərdə "Dinamo" (Tirana) ilə üz-üzə gələcək.

Xatırladaq ki, Vüsalın komandası hazırda ölkə çempionatının turnir cədvəlində 34 xalla liderdir.

Futbol üzrə Albaniya çempionatı. 17-ci tur

20:00 "Dinamo" (Tirana) - "Eqnatia"