"Sabah" və "Neftçi"nin KL-də potensial rəqibləri məlum oldu - SİYAHI
Azərbaycan klublarının futbol üzrə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər müəyyənləşib.
mediasport.az xəbər verir ki, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "Sabah" və Premyer Liqanın dördüncüsü, yaxud ölkə kubokunun qalibi səpələnməmişlər səbətində yer alacaqlar.
Mövsümü 3-cü pillədə başa vuracağı dəqiqləşən "Neftçi" isə bir qədər güclülər arasında - səpələnmişlər səbətində olacaq.
UEFA Konfrans Liqası. II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex”, “Legiya” (hər ikisi Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan).
Səpələnməmişlər: “Hammarbü” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi”, “Aktobe” (hər ikisi Qazaxıstan), “Auda” (Latviya)
Qeyri-müəyyən: “Aris” (Yunanıstan).