Dünya Kuboku-2022: Mərakeş Portuqaliyaya, İngiltərə Fransaya qarşı

Dünya Kuboku-2022: Mərakeş Portuqaliyaya, İngiltərə Fransaya qarşı

Dünya Kuboku-2022-də bu gün qalan iki yarımfinalçının adına aydınlıq gətiriləcək.

mediasport.az xəbər verir ki, günün ilk matçında meydana bu mundialda sensasiyaya imza atan Mərakeş yığması çıxacaq.

1/8 finalda İspaniya millisini penaltilərlə məğlub edən Afrika təmsilçisi yarımfinala vəsiqə qazanmaq üçün iddialı Portuqaliya ilə mübarizə aparacaq.

Gecə saatlarında isə hazırkı Dünya çempionu Fransa və İngiltərə milliləri qarşılaşacaq.


Dünya Kuboku-2022. 1/4 final mərhələsi


19:00 Mərakeş - Portuqaliya

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl Tumama" stadionu


23:00 İngiltərə - Fransa

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Əl Beyt" stadionu