Dünya çempionatında qalibin adı bu gecə müəyyənləşəcək
Bu gün futbol üzrə Klublararası Dünya çempionatına yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, öncə bürünc medal uğrunda mübarizədə "Urava Red Daymonds"la "Əl-Əhli" üz-üzə gələcəklər.
22:00-da start götürəcək final matçı isə "Fluminense" və "Mançester Siti" arasında baş tutacaq.
Xatırladaq ki, yarış dekabrın 11-dən Səudiyyə Ərəbistanında keçirilir.
Klublararası Dünya çempionatı
3-cü yer uğrunda matç
18:30 "Urava Red Daymonds" (Yaponiya) - "Əl-Əhli" (Misir)
Final
22:00 "Fluminense" (Braziliya) - "Mançester Siti" (İngiltərə)