"Mançester Siti" dünya çempionatının finalında - VİDEO
Futbol üzrə klublararası dünya çempionatının ikinci finalçısı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Braziliyanın "Fluminense" komandası həlledici matçda İngiltərənin “Mançester Siti” klubu ilə qarşılaşacaq.
"Şəhərlilər" Səudiyyə Ərəbistanında keçirilən mundialın yarımfinalda Yaponiyanın “Urava Red Daymonds” komandasını 3:0 hesabı ilə məğlub ediblər.
Qolları “Urava”nın futbolçusu Marius Heyboten (avtoqol), Mateo Kovaçiç və Bernardo Silva vurublar.
Final görüşü dekabrın 22-də keçiriləcək.